Putin Zelenski ilə görüşməyə hazırdır | VİDEO

   Putin Zelenski ilə görüşməyə hazırdır    | VİDEO
  19 Avqust 2025    Oxunub:612
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Ukrayna lideri Volodimir Zelenski arasında mümkün görüşün anonsunu verib.
AzVision.az xəbər verir ki, Ağ Ev rəhbərinin sözlərinə görə, artıq bununla bağlı hazırlıqlara başlanılıb, lakin tədbirin keçiriləcəyi yer daha sonra müəyyənləşəcək.

“Putin, Zelenski və mənim iştirakımla üçtərəfli görüş Rusiya və Ukrayna liderləri arasında danışıqlardan sonra baş tutacaq. ABŞ-nin vitse-prezidenti Cey Di Vens, Dövlət katibi Marko Rubio və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya ilə Ukrayna arasında münaqişənin həlli üzrə təşəbbüsləri əlaqələndirmək vəzifəsini öz üzərinə götürüblər”, - Donald Tramp deyib.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov, öz növbəsində, bildirib ki, Tramp Zelenski və Avropa liderləri ilə danışıqlarının nəticələri barədə Putinə məlumat verib. Onun sözlərinə görə, söhbət zamanı gələcək birbaşa danışıqlar üçün Rusiya və Ukrayna nümayəndələrinin səviyyəsinin artırılması ideyası müzakirə olunub.

- Bundan əlavə, Rusiya və ABŞ prezidentləri Moskva və Kiyev nümayəndə heyətləri arasında birbaşa təmasların yaradılmasını dəstəklədiklərini bildiriblər. Putinlə Tramp arasında söhbət təxminən 40 dəqiqə davam edib”, - Uşakov vurğulayıb.

“Axios” portalının yaydığı məlumata əsasən, Amerika lideri Putinlə Zelenskinin görüşünü avqustun sonuna keçirməyi planlaşdırır.




Sahil İsgəndərov
AzVision.az




Teqlər: Putin   Zelenski   görüş  



Xəbər lenti